WiFi modemi faciəyə səbəb OLDU

Biləsuvarda evdə baş verən və 1943-cü il təvəllüdlü Nənələr Sərdar qızı Məmmədovanın ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.
Redaktor.az xəbər verir ki, faciə ilə nəticələnən yanğının evdəki WiFi modeminin partlaması səbəbindən baş verməsi üzə çıxıb. Belə ki, mənzilin girişindəki aparat partlayaraq alovlandıqdan sonra yanğın divana keçib və evə yayılıb. Səhər yuxusunda olan ailə üzvləri çətiliklə mənzili tərk edə biliblər. Lakin 79 yaşlı N.Məmmədova içəridə qalıb və yanaraq həyatını itirib.
Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli, dördotaqlı ev tamamilə yanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xaırladaq ki, yanğın saat 05 radələrində şəhərin S.Rufullayev küçəsi 8 ünvanında qeydə alınıb (qafqazinfo).