Yeniyetmələr qaçırdıqları maşınla qəza törətdi - FOTO

 12:06 21.12.2022     1428

Ötən gün gecə saatlarında Şamaxı şəhər sakininə məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxslər tərəfindən qaçırılması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. 

Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, onlar avtomobili qanunsuz olaraq ələ keçirdikdən sonra rayonun Əngəxəran kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədiblər.

Hadisə nəticəsində hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, nəqliyyat vasitəsini tərk edərək oradan uzaqlaşıblar.

Daha sonra polis əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırmalar aparılır.