Qanunsuz tikilən obyektlər söküldü - VİDEO

Sumqayıtda daha bir tikintinini qarşısı alınıb.
Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz tikintilərlə bağlı keçirilən tədbirlərin nəticəsi olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində və 76-cı məhəllə ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.