Ordumuzun iki zabiti yol qəzasında həlak oldu

 13:02 21.12.2022     2376

Bu gün səhər saatlarında Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nazarovun idarə etdiyi “Mercedes” markalı avtomobili aşıb. Nəticədə sürücü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.

Məlumata görə, qəzada vəfat edən şəxslərin ikisi də Azərbaycan ordusunun zabitləridir. A.Nazarov mayor, İ.İmdadlı isə baş leytenant rütbəsində xidmət edirmiş. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.

Qəzada vəfat edən sürücü, Azərbaycan ordusunun mayoru A.Nazarov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən