Rusiya ordusuna könüllü qoşulan azərbaycanlı iş adamı həlak oldu - FOTO

 14:01 21.12.2022     481

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.

Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb. O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.

Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.

Vumart və Güvən reklamı Vumart Güvən