Goranboyda sərxoş kişi baba və nəvəyə xəsarət yetirdi

 08:45 22.12.2022     553

Goranboyda yaşlı kişi və nəvəsinə həmyerliləri tərəfindən xəsarət yetirilib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1999-cu il təvəllüdlü M.Mahmudov və onun babası 1943-cü il təvəllüdlü V.Nəbiyev mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Hadisənin onların həmkəndlisi olan şəxs tərəfindən mübahisə zəminində törədildyi bildirilir.

Belə ki, sərxoş halda olan şəxs öncə M.Mahmudovla dalaşıb, daha sonra onları arlamağala çalışan V. Nəbiyevə də əl zərbələri ilə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən