Yol polisi qəzada həyatını itirdi

 09:44 23.12.2022     430

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Hyundai” markalı avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyev ölüb.

Qeyd edək ki, A.Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən