Yeniyetmə qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı

 10:46 23.12.2022     685

Ucarda yetkinlik yaşına çatmayan qızıntoyunda iştirak edən polis əməkdaşı ilə bağlı araşdırma aparılır. 

Redaktor.az xəbər verir ki, toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub. Mərasimin görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

“Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən