Eşşək ətini daş keçisi adı ilə satmaq İSTƏDİ
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
"Report"un məlumarına görə, rayonda "Eşşək Tahir" ləqəbi ilə tanınan T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.













