Müttəhim məhkəmədə öldü - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölən məhkumla bağlı yeni məlumat yayılıb.
Redaktor.az xəbər verir ki, Qədimov Şəmil Əli oğlu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub.
Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.
***
Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - o, əlavə edib.
Tunar Altunbay













