Kəlbəcərdə 2 yük maşını toqquşdu - FOTO
Dekabr ayının 23-də Kəlbəcər rayon Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşub.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
E.Qasımov qeyd edib ki, toqquşma nəticədə sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb:
"Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Faktla bağlı araşdırmalar davam etdirilir".














