Xankəndidən olan bir qrup erməni Laçın yolunda etiraza çıxıb

 17:43 23.12.2022     443

Dekabrın 23-də axşamüstü Xankəndidən olan bir qrup erməni ictimai fəal  azərbaycanlıların Laçın yolunda keçirdiyi aksiya yerinə getməyə çalışıb.

Redaktor.az xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Qarabağdakı separatçıların “polis qüvvələri” təhlükəsizlik məsələlərini nəzərə alaraq, erməniləri irəliyə getməyə qoymayıblar.

Aksiya yerinə getməyə çalışan ermənilərə QHT sektorunun nümayəndəsi Tiqran Petrosyanın rəhbərlik etdiyi bildirilir.

Onlar separatçılardan xahiş ediblər ki, heç olmasa Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinə çatmağa imkan versinlər ki, orada öz narazılıqlarını bildirsinlər.

Hazırda mülki ermənilərin qarşısının kəsildiyi qeyd olunur.