Ağcabədidə 6 otaqlı ev yandı

 09:50 24.12.2022     238

Ağcabədi rayonunda ev yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Rayonun Aran kəndində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları və dam örtüyü 86 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.