Kəlbəcərdə yük maşını aşdı - FOTO

 14:22 24.12.2022     224

Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə DİN rəsmisi bildirib.