Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü - FOTO

 21:10 25.12.2022     329

Xaçmaz şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.

Belə ki, avtomobil rayonun Çinartala kənd sakini Vəlibəyov Arif Daşdəmir oğlunu vurub.

Nəticədə piyada hadisə yerindəcə keçinib.

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən