Şəmkirdə 3 otaqlı ev yandı

 09:38 26.12.2022     468

Şəmkir şəhərində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən 3 ailəyə məxsus evlərdən sahəsi 50 m² olan 3 otaqlı evin 2 otağının tavanı və qismən 40 m² sahədə ev əşyaları yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən