Goranboyda minik maşını traktorla toqquşdu

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili traktora çırpılıb. Qəza zamanı bir nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır (apa).