Bərdədə polis qəzaya düşdü - FOTO

 15:02 26.12.2022     408

Dekabr ayının 26-da səhər saat 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən