Övladlarına şəhidlik statusu ala bilməyənlər aksiya keçirdi

 15:14 26.12.2022     232

Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanıblar.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.

"Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər", - deyə DİN rəsmisi əlavə edib.