Rəfael Hacızadə narkotikanın təsirindən öldü

 21:22 26.12.2022     656

Gəncə sakini narkotik vasitənin təsirindən ölüb.

Redaktor.az xəbər verir ki,  hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evdə qeydə alınıb.

Sözügedən ünvanda yaşayan 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb.

46 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən