Bakıda “Prius”la döşək aparan sürücü cərimələndi - VİDEO

 22:40 26.12.2022     433

Bakı şəhər Dövlət Yol Polis İdarəsi Bakıda döşəyi maşının üzərinə qoyub daşıyan avtomobilin sürücüsünü aşkarlayaraq məsuliyyətə cəlb edib.

Redaktor.az xəbər verir ki, axtarışlar zamanı “Prius” markalı minik avtomobilin sürücüsünün Vəliyev Əhməd Yusif oğlu olduğu müəyyən edilib.

Onun barəsində İnzivati Xətalar Məcəlləsinin 327.1 maddəsi əsasında protokol tərtib olunub. Sürücü 40 manat məbləğində cərimələnib.