Bərdədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın oldu

 13:50 27.12.2022     362

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Redaktor.az xəbər verir ki, Bərdə şəhərində ümumi sahəsi 1122 m² (hər mərtəbəsi 561 m², bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 253 m² sahədə və dam örtüyü 361 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən