Şəmkirdə yeniyetmə oğlan bıçaqlandı

 09:05 28.12.2022     398

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, yeniyetmə kənddə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən