Biləsuvarda avtomobil aşdı - Yaralananlar var

 17:12 29.12.2022     322

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhər sakinləri - 1971-ci təvəllüdlü S.Süleymanova və 1975-ci il təvəllüdlü Ə.Hüseynova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.