Pirotexnik satanlar saxlanıldı

 11:56 31.12.2022     145

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Ayaz Həsənov istifadəsində olan “Mercedes” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan təxmini 4 min manat dəyərində külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Ayaz Həsənov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.