Goranboyda ağır qəza

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ-2106 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar Şəmkir rayon sakinləri 1990-cı il təvəllüdlü Əfsanə Huseynova, 2012-ci il təvəllüdlü Səma Sadıqova, yaşlı qadın Səkinə İsgəndərova və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.