İsmayıllıda yol qəzası - Xəsarət alanlar var

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-21099" və "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ"ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.