Şəmkirdə ağır qəzada ölən və yaralananlar var

 09:55 02.01.2023     638

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, “Hyundai” markalı minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov dünyasını dəyişib.

Xəsarət alan 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahovun vəziyyəti isə orta-kafi qiymətləndirilir.