Qobustandakı yanğının səbəbi açıqlandı - VİDEO - YENİLƏNİB

 14:12 03.01.2023     391

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.

Bu haqda Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

***

Bu gün Bakı-Qazax yolunun 55-ci km baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

Redaktor.az-a DYP-dən verilən xəbərə görə, hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir. Qəzada Opel markalı 99-BH-926 d.q.n-lı, Mercedes markalı 99-ZD-593 d.q.n-lı və Kamaz markalı 42-CB-514 d.q.n-lı avtomobillər toqquşmuşdur. Qəza nəticəsində Mercedes 99-ZD-593 d.q.n-lı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirmişdir. Faktla bağlı araşdırma aparılır.

***

Baş DYP İdarəsindən verilən məlumata görə bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Redaktor.az-a verilən xəbərə görə, ilkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilmişdir.

Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

Hadisə barədə ətraflı məlumat veriləcək.

***

Qobustanda "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri görülür.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

2222