Yeni ilin ilk həftəsində baş verən dəhşətli hadisələr

 17:05 03.01.2023     272

Yeni ilin ilk həftəsində paytaxtda və regionlarda dəhşətli yol qəzaları və partlayışlar qeydə alınıb. 

Redaktor.az xəbər verir ki, yanvarın 1-də paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Yanvarın 2-də Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış baş verib, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Yanvarın 3-də Qaradağda 3 avtomobil toqquşub, yanacaq daşıyan maşın partlayıb, bir nəfər dünyasını dəyişib.