Xəzər rayonunda intihara cəhd olub - FOTO

 17:35 03.01.2023     274

Xəzər rayonunda intihara cəhd olub.

Redaktor.az xəbər verir ki, orta yaşlı kişi Binə körpüsünün üstünə çıxaraq özünü atmaq istəyib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirilib ki, polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb. Sözügedən şəxs polis şöbəsinə aparıldığı, hazırda araşdırma aparıldığı bildirilib.