Gədəbəydə 4 nəfər qazdan zəhərləndi
![](https://img.redaktor.az/news/2023/01/photo_190457.jpg)
Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, 4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır.
Onların vəziyyətinin kafi olduğu bildirilir.