Özünü bıçaqlayıb öldürdü
Bakının Xəzər rayonunda intihar hadisəsi qeydə alınıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 39 yaşlı Rəhimov Pərviz Adil oğlu yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.