Özünü qatarın altına atdı

 23:55 03.01.2023     154

Tovuz sakinini qatar vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib k, saat 20:00-da yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov dəmir yolu xəttinə yaxınlaşaraq özünü qəfildən relslərin üzərinə atıb.

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan T. Yaqubovun həyatını xilas etmək mümkün olmayıb", - deyə qurumdan bildirilib.

Qeyd olunub ki, hadisənin baş verdiyi müvafiq sahədə təyin olunmuş sürət 60 km/saatdır, hadisə vaxtı qatarın faktiki sürəti 50-52 km/saat olub.

Fakt aidiyyəti üzrə araşdırılır.