18 yaşlı qız dərmandan zəhərləndi

 09:00 04.01.2023     255

Şəmkir şəhərində zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Azərin Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

18 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Mustafayeva dərman içərək zəhərlənib.

Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır (apa).