Bakıda 37 yaşlı kişini avtomobil vurdu

Bakının Xətai rayonunda 37 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Seyidov Vaqif Ramazan oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Fakt araşdırılır.