Bakıda evdən 15 min dollarlıq antik əşyalar oğurlandı

 12:35 04.01.2023     387

Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildilirdi.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.

R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində araşdırmalar davam etdirilir.