Yevlaxda itkin düşən şəxs AXTARILIR

 12:44 04.01.2023     493

Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, onun əlamətləri 172 sm boyu, gözlərini rəngi qəhvəyi, qısa qara saçlı orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

22