Bakıda ağır qəza - Avtomobil iki yerə bölündü

 13:20 04.01.2023     1068

Bu gün Bakıda daha bir ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Böyükşor gölü üzərindən keçən yolda “Mercedes-Benz E-Class” və “Saipa” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri tamamilə yararsız hala düşüb, “Saipa” bir neçə yerə bölünüb.

Hadisə nəticəsində ölüm qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən