Həbsdə olan qardaşına narkotik keçirmək istədi

 14:00 04.01.2023     1632

Həbsxanadakı qardaşına gödəkçəsində narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Pentensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum ediləm məhkum Ayaz Mahmud Rza oğlu Məmmədovla qısamüddətli görüşə gələn qardaşı Bakı şəhər sakini Akif Mahmud Rza oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 0,393 qram narkotik maddə - heroin, ümumi çəkisi 0,098 qram psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,080 qram olan metadon preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.