Azərbaycanda sanatoriya sahibi özünü GÜLLƏLƏDİ
Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Redaktor.az-a bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin məlumata görə, F. Qocayev ov tüfəngi ilə intihar edib. Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Firuz Qocayev Naftalan şəhərində yerləşən sanatoriyaların birini sahibi olub.