İki nəfər dəm qazından zəhərləndi

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. 1970-ci il təvəllüdlü Mayıl Abdulayev və 1975-ci il təvəllüdlü Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər.