Yol polisini maşın vurdu

 22:36 04.01.2023     218

Şabran rayonunda yol polisi əməkdaşını avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Gəndob kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü polis serjantı Ağayev Röyal Eldar oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.