Qardaş qatili hakim qarşısına ÇIXARILACAQ

12 noyabr 2022-ci ildə Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İbtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Elşad Əsədovun aralarında yaranmış mübahisə zamanı qardaşı Vüqar Əsədova xuliqanlıq niyyətilə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elşad Əsədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və digər maddələrilə ittiham elan edilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.