Valyutadəyişmə məntəqəsi qumbara ilə PARTLADILDI - YENİLƏNİB

 22:30 05.01.2023     592

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

Redaktor.az Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

***

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alıb. Hadisə ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisənin ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107 markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.

Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

***

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun məlumatına görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

"Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

***

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində iki nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılıması nəticəsində başverdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.