Gənc oğlan nişanlısını bıçaqladı
Astarada gənc oğlan nişanlısını bıçaqlayıb.
Redaktor.az xəbər verir ki, 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Qənbərova cərrahi əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.