İki piyada qəza qurbanı oldu

Son 2 gündə iki piyada qəza qurbanı olub.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlmat verilib.
Hadisələrdən ilki yanvarın 4-də saat 12 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində qeydə alınıb. Belə ki, Zəngişalı kənd sakini Y.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini B.Əsgərovu vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və yanvarın 5-də orada ölüb.
Analoji hal yanvarın 5-də saat 20 radələrində Səbail rayonu ərazisində baş verib. R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Qurbanovanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.