Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.
Bu barədə Redaktor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:31-də 3,2 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.