Şəkidə evdə yanğın oldu

 09:23 07.01.2023     349

Şəki şəhərində yanğın olub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 50 m² olan talvarın taxta atmaları 10 m² sahədə, bitişik ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün taxta atmaları qismən 10 m² sahədə, içərisində 1 ədəd qapı, 1 ədəd su qızdırıcısı və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavan əriyib. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən