Bakıda kişi arvadını bıçaqladı

Bakıda kişi arvadını bıçaqlayıb.
Redaktor.az xəbər verir ki, hadisə yanvarın 6-da Nizami rayonunda, İ.Məmmədov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Rəfail Çapar oğlu kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Quliyeva Xalidə Aslan qızını qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirib. Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.